Ermənistan Hindistandan milyonlarla dollarlıq ağır silahlar sifariş edib

Hindistanın “Economic Times” xəbər agentliyinin yazdığına görə...

1886828
Ermənistan Hindistandan milyonlarla dollarlıq ağır silahlar sifariş edib

 

  Hindistanın “Economic Times” xəbər agentliyinin yazdığına görə, Ermənistan sentyabrda Hindistandan 245 milyon dollar dəyərində ağır silah sifariş edib. Sifariş Hindistan ordusunun da istifadə etdiyi yerli “Pinaka” reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlər və bir sıra silah-sursatdan ibarətdir.

  Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 12-dən 13-ünə keçən gecə Ermənistan ordusunun Azərbaycanla sərhədindəki Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar törətdiyini bildirmişdi. Azərbaycan ordusunun sərhəddəki mövqeləri və sığınacaqları müxtəlif çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutulub, Azərbaycan ordusu qarşıdurmalarda 50 şəhid verib. Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrini susdurmaq və münaqişənin genişlənməsinin qarşısını almaq məqsədilə cavab zərbələri endirib və Ermənistan ordusu xeyli itki verib.



Әlaqәli Xәbәrlәr