ABŞ iki ölkənin müstəqilliyini tanıdı

ABŞ prezidenti Co Bayden ABŞ-Sakit Okean Adaları Ölkələri Sammitindəki çıxışında ABŞ və Sakit Okean adaları ölkələri arasında uzun müddətdir mövcud olan diplomatik və müdafiə əlaqələrinə diqqət çəkərək deyib...

1886867
ABŞ iki ölkənin müstəqilliyini tanıdı

 

  ABŞ Kuk adaları və Niuenin müstəqilliyini tanıdı.

  ABŞ prezidenti Co Bayden ABŞ-Sakit Okean Adaları Ölkələri Sammitindəki çıxışında ABŞ və Sakit Okean adaları ölkələri arasında uzun müddətdir mövcud olan diplomatik və müdafiə əlaqələrinə diqqət çəkərək deyib: “Sakit okean adalarının təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalır. ABŞ Sakit okean adası ölkələrindəki proqramlara 810 milyon dollardan çox ayıracaq. Bu yardımların 330 milyonu iqlim dəyişikliyi ilə bağlı yeni investisiya və proqramlara aiddir. ABŞ bu ölkələrlə hər sahədə əlaqələrini davam etdirəcək. Kuk adaları və Niuenin suverenliyini tanıdığımızı elan etməkdən məmnunam”.



Әlaqәli Xәbәrlәr