Finlandiya öz sərhədini sabahdan etibarən rusiyalı turistləri üçün bağlayır

Finlandiya hökuməti bu gün Rusiya vətəndaşlarının turist vizaları, o cümlədən şengen vizası ilə ölkəyə girişini dayandırmaq barədə qərara gəlib.

1886417

Bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto brifinqdə bildirib.

Nazir deyib: “Ölkəyə giriş və onun üzərindən tranzit qadağası cümə günü qüvvəyə minir”. Onun sözlərinə görə, rusiyalıların turist vizaları ləğv olunur. Bundan sonra turistlər Avropa İttifaqının digər dövlətlərinin sərhədini Finlandiyanın verdiyi viza ilə keçə bilməyəcək.

Eyni zamanda, ölkənin hakimiyyət orqanları iş və təhsil, müalicə, həmçinin yaxın qohumları ziyarət etmək üçün viza almaq imkanını saxlayıb. Diplomatik işçilər və onların ailə üzvləri, eləcə də müxalifət nümayəndələri xüsusi qrupa daxildir. Ölkəyə gəlmək istəyən hər kəsin müraciətinə fərdi qaydada baxılacaq.

Әlaqәli Xәbәrlәr