Pentaqon sözçüsü Türkiye və Yunanıstanı dialoqa çağırıb

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Rayder Türkiye və Yunanıstanı dialoqa çağırıb.

1885393
Pentaqon sözçüsü Türkiye və Yunanıstanı dialoqa çağırıb

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Rayder Türkiye və Yunanıstanı dialoqa çağırıb.

Patrik Rayder gündəlik mətbuat konfransında gündəmdə olan məsələlərlə bağlı qiymətləndirmə aparıb.

"Türkiye Egey dənizində qeyri-hərbi statusu olan iki adaya ABŞ mənşəli zirehli maşınlar çıxardığına görə Yunanıstan və ABŞ-a etiraz notası verdi. Bölgədə hər hansı manevr və ya təliminiz varmı? Türkiyenin etirazına münasibəti necədir?" sualına briqada generalı P.Rayder "Orada (ABŞ tərəfindən) heç bir təlimdən xəbərdar deyiləm" cavabını verərək deyib:

“Türkiye və Yunanıstan iki mühüm NATO tərəfdaşıdır və biz onları potensial gərginliyi azaltmaq üçün konstruktiv dialoqa dəvət edirik”. 

"Ankarada ABŞ-a qarşı tənqidlər səslənir ki, bu, regionda gərginliyi artırır və gərginliyə töhfə verir. Siz bu tənqidlərlə razısınızmı və ya cavabınız necədir?" sualına isə, "İkitərəfli münasibətlərimiz baxımından Türkiye inanılmaz dərəcədə mühüm NATO tərəfdaşıdır. Türkiye daxil olmaqla NATO tərəfdaşlarımızla yaxından işləməyə davam edəcəyik". -deyə Pentaqon sözçüsü cavab verib.



Әlaqәli Xәbәrlәr