Nigeriyada vəba epidemiyası tüğyan edir

Nigeriyada vəba epidemiyası səbəbi  ilə  həyatını itirənlərin sayı 149-a yüksəlib.

1885499
Nigeriyada vəba epidemiyası tüğyan edir

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC)  bu barədə  məlumat yayıb.  Bildirib  ki,  yanvar ayından bəri  epidemiya paytaxt Abuca ilə yanaşı 30 ştatda yayılıb.   

Açıqlamada qeyd edilib  ki,   sözü  gedən   tarixdən   bu günə  dək  5 min 451 nəfərə vəba diaqnozu qoyulub və epidemiya səbəbindən həyatını itirənlərin sayı 149-a yüksəlib.

Yada  salaq  ki,  ötən il ölkədə vəbadan 1174 nəfər   həyatını   itirib.

Qeyd  edək  ki,  qida və su ilə yoluxan vəba xəstəliyi orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur.  Vaxtında  müalicə   olunmayan xəstələr  həyatını itirir.  Ölkədə təmiz suyun olmaması ilə yanaşı, səmərəsiz tibbi müdaxilə xəstəlik və ölüm riskini artırır.



Әlaqәli Xәbәrlәr