İsrail əsgərləri bir fələstinlini öldürüb

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Ceninə basqın zamanı bir fələstinlini başından vuraraq öldürdüyü bildirilib.

1885696
İsrail əsgərləri bir fələstinlini öldürüb

İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilinin şimalında Cenin qaçqın düşərgəsinə təşkil etdiyi basqında bir fələstinli ölüb, 2-si ağır olmaqla 9 fələstinli yaralanıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Ceninə basqın zamanı bir fələstinlini başından vuraraq öldürdüyü bildirilib.

Açıqlamada İsrail əsgərlərinin açdığı atəş nəticəsində 9 fələstinlinin isə canlı güllələrdən yaralandığı bildirilib.

Diqqətə çatdırılıb ki, döş qəfəsindən güllə yarası alan iki yaralının vəziyyəti ağırdır.

İsrail ordusundan verilən açıqlamada əsgərlərin Cenin bölgəsində "əməliyyat" apardığı bildirilsə də, əlavə məlumat verilməyib.

Şahidlər bildiriblər ki, İsrail əsgərləri Cenin qaçqın düşərgəsindəki evi mühasirəyə alıblar.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif ittihamlarla fələstinliləri həbs edir.



Әlaqәli Xәbәrlәr