Filippo Qrandi vəzifəsinə yenidən təyin olunub

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi BMT Baş Assambleyasının qərarı ilə vəzifəsinə yenidən təyin edilib.

1885468
Filippo Qrandi vəzifəsinə yenidən təyin olunub

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi BMT Baş Assambleyasının qərarı ilə vəzifəsinə yenidən təyin edilib.

BMT-dən yayılan məlumatda bildirilib ki, Baş Assambleya üzv dövlətlərlə məsləhətləşərək Filippo Qrandinin 1 iyul 2023-cü ildə başa çatacaq mandatının 31 dekabr 2025-ci ilə qədər uzadılmasına qərar verib.

Qeyd edilib ki, Qrandi şəxsi səbəblərə görə ikinci vəzifə müddətinin 2,5 illə məhdudlaşdırılmasını istəyib.

1957-ci ildə anadan olan italyan diplomat Qrandi 1990-cı illərdə humanitar yardım və qaçqınlar üzərində işləməyə başlayıb.

Dünyanın müxtəlif yerlərində BMT-nin çətiri altında çalışan Qrandi 2005-ci ildə BMT-nin Fələstin Qaçqınlar Agentliyinin baş komissarının müavini olub.

2010-2014-cü illərdə həmin Agentliyin baş komissarı olmuş Filippo Qrandi 2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına təyin edilib.



Әlaqәli Xәbәrlәr