Dünya üzrə satış və istehlak mərhələsində olan ərzaqların neçə faizi israf olunur?

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Beynəlxalq Ərzaq İtkisi və Tullantıları ilə Mübarizə Günü münasibətilə məlumatlar paylaşıb.

1885399
Dünya üzrə satış və istehlak mərhələsində olan ərzaqların neçə faizi israf olunur?

Xəbərdarlıq edilib ki, dünya üzrə satış və istehlak mərhələsində olan ərzaqların 17 faizi israf olunur.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Beynəlxalq Ərzaq İtkisi və Tullantıları ilə Mübarizə Günü münasibətilə verdiyi açıqlamada ərzaq itkiləri ilə bağlı qlobal məlumatlar paylaşılıb.

Bildirilir ki, dünyada qida məhsullarının 14 faizi məhsul yığıldıqdan sonra, satış və istehlak mərhələsində olan qidaların isə 17 faizi israf olunur.
İsraf olunan qidaların miqdarının qlobal istixana qazlarının istifadəsinin 8-10 faizini təşkil etdiyi və bu sürətlə atmosferə atılan istixana qazlarının ciddi iqlim problemlərinə səbəb olacağı vurğulanıb.

3,1 milyard insanın sağlam qidalanmadığını, 828 milyon insanın isə aclıqdan əziyyət çəkdiyi vurğulanaraq, bütün ölkələr qida israfına qarşı tədbirləri sürətləndirməyə çağırılıb.

Bildirilib ki, qida tullantılarının azaldılması istiqamətində innovativ texnologiyaların inkişafı, qidanın üzvi gübrələrə və bioloji qaza çevrilməsi, qida idarəçiliyinin təkmilləşdirilməsi kimi tədbirlər həyata keçirilməlidir.



Әlaqәli Xәbәrlәr