BMT İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı davam edən zorakılıqlarına reaksiya verib

Birləşmiş Millətlər Təşkilatı (BMT) İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı davam edən zorakılıqlarına reaksiya verib.

1885328
BMT İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı davam edən zorakılıqlarına reaksiya verib

Birləşmiş Millətlər Təşkilatı (BMT) İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı davam edən zorakılıqlarına reaksiya verib.

BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında çıxış edən BMT-nin insan hüquqları üzrə sözçüsü Rəvinə Şəmdəsani İrandakı son hadisələri müzakirə edib.

İranda son 11 gündür davam edən etirazlarda təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı zorakılıq tətbiq etməsindən narahat olduqlarını ifadə edən Şəmdəsani “Etirazlara müdaxilə nəticəsində çoxlu iranlı həyatını itirdi" məlumatını paylaşıb. 

İnternet qadağaları səbəbindən etirazlarda ölənlərin və saxlanılanların gerçək sayını müəyyən etməyin mümkün olmadığını vurğulayan Şamdasani deyib:

"Sentyabrın 24-də dövlət mediası ölənlərin sayını 41 nəfər olaraq bildirib. Qeyri-hökumət təşkilatlarından daha çox itki olduğu barədə xəbərlər gəlir". 

Təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahla müdaxiləsindən narahat olduqlarını qeyd edən Şəmdəsani etirazlar başlayandan internetin kəsilməsinə də reaksiya verib.

O, təhlükəsizlik qüvvələrini etirazçılara qarşı zorakılıqdan əl çəkməyə çağırıb və bildirib ki, dinc nümayiş və ifadə azadlığı hüquqlarına hörmət edilməlidir.



Әlaqәli Xәbәrlәr