Yusif əl-Qaradavi vəfat edib

Ümumdünya Müsəlman Alimləri Birliyinin keçmiş prezidenti Yusif əl-Qaradavi dünyasını dəyişib.

1884656
Yusif əl-Qaradavi vəfat edib

TRT xəbər verir ki, Yusif əl-Qaradavinin vəfat xəbərini Dünya Müsəlman Alimləri Birliyi yayıb.

Birliyin açıqlamasında: “Ömrünü İslamın hökmlərini izah etməyə həsr etmiş Ümumdünya Müsəlman Alimləri Birliyinin qurucu prezidenti Yusif əl-Qaradavi Allahın rəhmətinə nail olub”.

1926-cı ilin sentyabrında Misirdə anadan olan Karadavi Quran və dini təhsildən sonra universitet təhsilini Əzhərdə tamamlayıb.

Karadavi 2004-cü ildən 2018-ci ilə qədər Ümumdünya Müsəlman Alimləri İttifaqının prezidenti olub.



Әlaqәli Xәbәrlәr