NATO Çini Rusiya üzərindəki təsirindən istifadə etməyə çağırıb

Yens Stoltenberq Çinin xarici işlər naziri Vanq Yini Ukraynadakı müharibəni dayandırmaq üçün ölkəsinin Rusiya üzərindəki təsirindən istifadə etməyə çağırıb.

1883455
NATO Çini Rusiya üzərindəki təsirindən istifadə etməyə çağırıb

NATO-nun baş katibi Yens Stoltenberq Çinin xarici işlər naziri Vanq Yini Ukraynadakı müharibəni dayandırmaq üçün ölkəsinin Rusiya üzərindəki təsirindən istifadə etməyə çağırıb.

Yens Stoltenberq Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Çinin xarici işlər naziri Vanqla keçirdiyi görüşlə bağlı sosial şəbəkədə açıqlama verib.

Stoltenberq “Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün Çini Rusiya üzərindəki təsirindən istifadə etməyə çağırdım” ifadəsindən istifadə edib.

Xatırladaq ki, Rusiya fevralın 24-dən Ukraynaya hücum edib.



Әlaqәli Xәbәrlәr