Cosep Borrell : "Ukraynaya hərbi yardımla bağlı qərarı oktyabrda verə bilərik"

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell Ukraynaya hərbi yardımla bağlı qərarı oktyabrda verə biləcəklərini bildirib.

1882064

Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyası iclasları çərçivəsində Nyu Yorkda olan Borrell gündəmlə bağlı jurnalistlərə açıqlamalar verib.

Rusiyanın "Ukraynadan ixrac edilən taxılın böyük hissəsi Aİ-yə gedir" iddialarına cavab verən Borrell deyib:

“Ukraynadan taxıl ixracının böyük hissəsi ehtiyacı olan ölkələrə gedib. Məlumatlara baxın. Statistikaya baxın. Ukraynanın ixracının üçdə ikisi Afrika, Orta Şərq və Asiyaya gedib".

Borrell Aİ-nin Ukraynaya hərbi yardımla bağlı qərarından da danışıb.

“Ümid edirəm ki, oktyabrda keçiriləcək Aİ Xarici İşlər Nazirləri Toplantısında bu qərarı qəbul edə bilərik... Oktyabrda keçiriləcək xarici işlər nazirlərinin toplantısında təklifi masaya gətirə bilərik və bu, çox sürətli bir prosedur olacaq”, - deyə o bildirib.

C.Borrell hərbi yardımın nələri əhatə edəcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.

Әlaqәli Xәbәrlәr