Fransada simvolik enerjiyə qənaət addımları

“France 2” televiziyasına müsahibəsində Fransanın mədəniyyət naziri Rima Əbdül Malak sözügedən mövzu ilə bağlı deyib...

1881267
Fransada simvolik enerjiyə qənaət addımları

 

  Fransanın paytaxtı Parisdəki Luvr (Louvre) muzeyinin piramidasının işıqları “simvolik enerjiyə qənaət addımları” çərçivəsində 2 saat tez söndürülüb.

  Ölkədə enerji qənaətinə keçidin səmərəli olması və bu mövzuda geniş maarifləndirmənin yaradılması məqsədilə bəzi turistik və tarixi binaların işıqlarının normal vaxtdan əvvəl söndürülməsinə dair qərarlar qəbul edilib. Bu çərçivədə məşhur Luvr muzeyinin bağçasındakı piramida da 2 saat əvvəldən qaranlığa bürünüb.  

  Parisin simvollarından olan Luvr Muzeyi piramidasının işıqları normal olaraq hər gün yerli vaxtla saat 01:00-da söndürülürdü.

  Paris bələdiyyəsinin qərarı ilə sentyabrın 23-dən etibarən Eyfel qülləsinin də işıqlandırılması hər gün erkən söndürüləcək.

  Bundan əlavə, gələn həftədən etibarən tarixi Versal sarayını işıqlandıran lampalar 1 saat tez sönəcək.

  “France 2” televiziyasına müsahibəsində Fransanın mədəniyyət naziri Rima Əbdül Malak vətəndaşların enerji şüurunu artırmaq və hərəkətə keçmək üçün simvolik addımların vacib olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr