İqor Konaşenkov: ‘‘Ukraynaya məxsus 5 pilotsuz uçuş aparatı da məhv edilib''

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukrayna ordusunun Mikolayev vilayətində yerləşən qərargahını və təlim mərkəzini vurduqlarını bildirib.

1881058
İqor Konaşenkov: ‘‘Ukraynaya məxsus 5 pilotsuz uçuş aparatı da məhv edilib''

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukrayna ordusunun Mikolayev vilayətində yerləşən qərargahını və təlim mərkəzini vurduqlarını bildirib.

İqor Konoshenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.

Konaşenkov qeyd edib ki, Rusiya Hərbi Hava Qüvvələri Ukrayna ordusunun 28-ci motoatıcı piyada briqadasının müvəqqəti yerləşdirildiyi bölgəni vurub.

Konaşenkov Ukrayna ordusunun 66-cı mexanikləşdirilmiş bölmələrinin Xarkov vilayətinin Dvureçnaya və Kupyansk qəsəbələrində atəşə tutulduğuna diqqət çəkib. O, həmçinin  Xarkov şəhərində  Ukrayna qüvvələrini vurduqlarını bildirib.

Donetsk vilayətinin Seversk qəsəbəsində Ukrayna əsgərlərinə atəş açdıqlarını qeyd edən Konaşenkov deyib:

“Hücumlar nəticəsində Ukrayna ordusu çox sayda itki verdi. Hücum zamanı 400-dən çox hərbçi öldü və yaralandı''.

Xerson və Donetsk vilayətlərində  Ukraynaya məxsus 5 pilotsuz uçuş aparatını hava hücumundan müdafiə sistemləri ilə vurduqlarını qeyd edən İqor Konaşenkov deyib:

“İndiyədək Ukraynaya məxsus  293 təyyarə, 155 helikopter, 1965 PUA, 375 hava hücumundan müdafiə sistemi, 4  940 tank və zirehli texnika, 837  reaktiv yaylım atəşi sistemi, 3 392 haubitsa və minaatan, 5 616 xüsusi təyinatlı texnika mәhv edilib''.



Әlaqәli Xәbәrlәr