“Bir monarx üçün bayraqları endirməyəcəyik, çünki…”

Fransada bir sıra bələdiyyə və partiya sədri monarxiya anlayışının Fransanın respublika sisteminə zidd olduğunu bildirib və İngiltərə kraliçası II Yelizavetanın dəfn mərasimində bayrağı yarıya endirməyəcəklərini bildiriblər

1879865
“Bir monarx üçün bayraqları endirməyəcəyik, çünki…”

 

  Fransada bir sıra bələdiyyə və partiya sədri monarxiya anlayışının Fransanın respublika sisteminə zidd olduğunu bildirib və İngiltərə kraliçası II Yelizavetanın dəfn mərasimində bayrağı yarıya endirməyəcəklərini bildiriblər.

  Sentyabrın 8-də II Yelizavetanın ölümündən sonra Fransa prezidenti Emmanuel Makron Britaniyanın ən uzun ömür sürən monarxı üçün ilk başsağlığı verən dövlət başçılarından biri oldu. Ertəsi gün Prezident Aparatı (Yelisey Sarayı) binasında bayraqlar yarıya endirildi. Baş nazir Elizabet (Elisabeth) Borne meriya və digər ictimai binalara kraliçaya görə riayət etməyi tapşırdı. Amma ölkənin bəzi merləri arasında bu sərəncam tətbiq edilmədi.

  “Burges” sosialist partiyasının sədri Yan Qalut (Yann Galut) Fransanın respublika ölkəsi olduğunu vurğulayaraq dedi: “Britaniyalı dostlarımıza hörmət edirəm, lakin şəhərin bələdiyyə binalarında Fransa bayrağını yarıya endirməyəcəyəm”.

  Solçu “La France İnsoumise” partiyasının üzvü, Faş-Tümenilin (Faches-Thumesnil) meri Patrik Pruazi (Patrick Proisy) də əmri yerinə yetirməyəcəyini bildirib: "Heç bir anlayış bərabərlik və monarxiya qədər bir-birindən uzaq deyil."

  Paytaxt Parisin Jenvilye (Gennevilliers) üzrə Kommunist Partiyasının sədri Patris Leklerk (Patris Lekler) də baş nazir Bornenin göstərişinə məhəl qoymayacağını açıqlayıb.



Әlaqәli Xәbәrlәr