Pakistanda bir milyondan çox adam müxtəlif xəstəliklərlə mübarizə aparır

Pakistanda bir milyondan çox adam iyun ayından etibarən yağan leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində müxtəlif xəstəliklərə yoluxub.

1879013

Sind əyalətinin səhiyyə xidmətindən verilən məlumata görə, daşqınlardan sonra 1 milyon 79 min adam müxtəlif xəstəliklərlə mübarizə aparır.
Məlumatda 12  819 nəfərin astma, 14 339-dan çox adamın dəri xəstəlikləri, 15 844-nün  ishal, 2 310-nun  malyariya, 104-nün dang qızdırması, 4-nün ilan sancmasından əziyyət çəkdiyi bildirilib.
Qeyd edək ki, Pakistanda yağan leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 1400 nəfər həyatını itirib.

Әlaqәli Xәbәrlәr