Nikol Paşinyan Vladimir Putin və Emmanuel Makronla telefon əlaqəsi saxlayıb

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makronla telefon əlaqəsi saxlayıb.

1879025
Nikol Paşinyan Vladimir Putin və Emmanuel Makronla telefon əlaqəsi saxlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makronla telefon əlaqəsi saxlayıb.

Ermənistan administrasiyasının məlumatına əsasən, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

Bu arada Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanın gecə saatlarında Təhlükəsizlik Şurasının iclasına sədrlik etdiyi ilə bağlı məlumat yayıb.
Qeyd edək ki, Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.
Məlumatda həmçinin vurğulanıb ki, bu əməllərin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində döyüş toqquşması baş verib.



Әlaqәli Xәbәrlәr