Almaniyalılar evlərini itirmək təhlükəsi altındadır

Evsizlər Günü ilə bağlı tədbirdə çıxışında F.V.Ştaynmayer deyib...

1878774
Almaniyalılar evlərini itirmək təhlükəsi altındadır

 

  Almaniya prezidenti Frank-Valter Ştaynmayer (Frank-Walter Steinmeier) enerji qiymətlərinin artması səbəbindən yoxsul insanların evlərini itirmək riski ilə üzləşdiyini deyib.

  Evsizlər Günü ilə bağlı tədbirdə çıxışında F.V.Ştaynmayer deyib: “Bahalaşma səbəbindən kirayə və xidmət haqlarını ödəyə bilməyən yoxsul insanlar, xüsusən də ailələr evlərini itirmək riski ilə üzləşiblər. Üstəlik, ev axtaran insanlar münasib qiymətə mənzil tapmaqda çətinlik çəkməyə başlayıb.

  Hesablamalara görə, Almaniyada 300 mindən çox insan evsizdir. Bunlardan 180 minə yaxını evsizlər üçün sığınacaqlarda gecələyir, təxminən 45 min evsiz isə küçələrdə yatır.

  Önümüzdəki aylarda bu rəqəmin daha da artma təhlükəsi var.

  Müharibələr və böhranlar ölkəmizdə daha çox insanın payız-qış aylarında sığınacağa ehtiyac duymasına səbəb ola bilər”.



Әlaqәli Xәbәrlәr