ABŞ Qarabağı minalardan təmizləmək üçün 2 milyon dollar ayırdı

ABŞ Dövlət Departamentindən verilən yazılı məlumatda bildirilir...

1878825
ABŞ Qarabağı minalardan təmizləmək üçün 2 milyon dollar ayırdı

 

  Amerika Birləşmiş Ştatları (ABŞ) Qarabağ müharibəsində Ermənistan və Azərbaycan qüvvələri arasında intensiv toqquşmaların baş verdiyi bölgələrdə minalardan təmizləmə fəaliyyətləri üçün 2 milyon dollar yardım edəcəyini açıqladı.

  ABŞ Dövlət Departamentindən verilən yazılı məlumatda bildirilir: “Birləşmiş Ştatlar 2020-ci ilin payızında Ermənistan və Azərbaycan qüvvələri arasında gedən intensiv döyüşlərdən zərər çəkmiş ərazilərdə Cənubi Qafqazda minatəmizləmə əməliyyatları üçün regional sülh və əməkdaşlığı təşviq etmək üçün 2 milyon dollar yardım elan etməkdən məmnundur.

  Münaqişə zonasında minalar və partlamamış hərbi sursatlar dinc əhalini öldürməyə və şikəst etməyə davam edir, iqtisadi inkişafa mane olur və yerli əhalinin təhlükəsiz qayıtmasına mane olur.

  Veriləcək yardım ABŞ-ın 2021-ci ilin noyabr ayında açıqladığı 500 min dollarlıq yardımın davamıdır.

  ABŞ-ın yeni maliyyə dəstəyi minalardan təmizləmə agentliklərinin ölümcül minaları və partlamamış hərbi sursatları təmizləmək üçün texniki imkanları gücləndirəcək. Bu səylər insan təhlükəsizliyinin artırılmasında və didərginlərin öz evlərinə qayıtmasında və həyatlarını əmin şəkildə bərpasında mühüm rol oynayır."

  Qeyd edək ki, sözügedən yardımın minalardan təmizləmək üçün hansı ölkə və dəqiq olaraq hansı bölgələrdə istifadə olunacağı, hansı təşkilatlara yönəldildiyi yazılmayıb.  



Әlaqәli Xәbәrlәr