Uqanda Konqoya müharibə təzminatının ilkin ödənişini etdi
Konqo Demokratik Respublikasının sözçüsü Patrik Muyaya 5 dəfəyə ödəniləcək təzminatın 65 milyon dollarının alındığını təsdiqləyib
Uqanda hökuməti qonşusu olan Konqo Demokratik Respublikasına (KDR) müharibə təzminatı olaraq 325 milyon dollar məbləğinin ilkin ödənişini etdi, 65 milyon dollar ödədi.
KDR-nin İturi bölgəsini işğal etdiyi və silahlı qruplara dəstək verdiyi səbəbiylə Beynəlxalq Cinayət Məhkəməsi (İCC) tərəfindən müharibə təzminatı ilə bağlı hökm çıxarılan Uqanda ilk hissəli ödənişini etdi.
Konqo Demokratik Respublikasının sözçüsü Patrik Muyaya 5 dəfəyə ödəniləcək təzminatın 65 milyon dollarının alındığını təsdiqləyib.
KDR 1998-2003-cü illər arasında İkinci Konqo Müharibəsi zamanı ərazisini işğal etdiyi üçün Uqandadan 11 milyard dollar təzminat tələb etmişdi. İki ölkə 2015-ci ilə qədər aparılan danışıqlarda müharibə təzminatlarının məbləği ilə bağlı razılığa gələ bilməmişdi. 2022-ci ilin fevral ayında İCC Uqandanı ölüm, yaralanma və təbii sərvətlərin talanına görə 325 milyon dollar təzminat ödəməyə məhkum etdi.