İspaniya tezliklə öz ərazisində Ukrayna əsgərlərinə hərbi təlim verəcək

“El Mundo” qəzeti xəbər verir ki...

1878390
İspaniya tezliklə öz ərazisində Ukrayna əsgərlərinə hərbi təlim verəcək

 

  İspaniya tezliklə öz ərazisində Ukrayna hərbçilərinə təlim keçməyə başlayacaq. “El Mundo” qəzeti xəbər verir ki, ispaniyalı mütəxəssislər ukraynalı əsgərlərə tanklardan və raket sistemlərindən istifadə etməyi öyrətməyə, həmçinin tibbi və istehkamçılıq üzrə təlimlər keçməyə hazırlaşır. Təlimin əsas hissəsi İspaniya Müdafiə Nazirliyinin Saraqosa əyalətində yerləşən bazalarında keçiriləcək. Bundan öncə döyüşlərdə yaralanan 600-ə yaxın ukraynalı əsgər də orada müalicə almışdı.

  İspaniya Əfqanıstan, İraq və ya Malinin silahlı qüvvələrinin hazırlanmasında böyük təcrübəyə malik olsa da, bu cür təlimlər ilk dəfə olaraq krallıq ərazisində baş tutacaq.

  Qeyd edək ki, İspaniya tərəfindən rəsmi Kiyevə vəd edilən silahlar artıq Ukraynaya gəlməyə başlayıb. Belə ki, 20 ədəd M113 zirehli transportyoru, “Aspide” raket batareyası və tonlarla artilleriya mərmisi digər təchizatla birlikdə artıq Polşaya çatdırılıb.



Әlaqәli Xәbәrlәr