Pakistanda daşqınlar nәticәsindә hәyatını itirәnlәrin sayı 1396 nәfәrә çatıb

Pakistanda iyunun 14-dən bu günədək davam edən yağışlar nəticəsində hәyatını itirәnlәrin sayı 1396 nәfәrә çatıb.

1878189
Pakistanda daşqınlar nәticәsindә hәyatını itirәnlәrin sayı 1396 nәfәrә çatıb

Pakistanda iyunun 14-dən bu günədək davam edən yağışlar nəticəsində hәyatını itirәnlәrin sayı 1396 nәfәrә çatıb.

Pakistan Milli Fövqəladə Hallar İdarəsinin (NDMA) məlumatına görə, təbii fəlakət nəticəsində həyatını itirən 1396  nəfərdən 499-u uşaq, 280-ni qadındır. Təbii fəlakət nəticəsində xəsarət alanların sayı isə 12 728 nəfərə çatıb.

Yağışlar nəticəsində 1 milyon 743 min 345 evə ziyan dəyib, onlardan 568 min 817-si tamamilə dağılıb. Daşqınlar nәticәsindә hәmçinin 750 mindәn çox  heyvan tələf olub.

Yağışlardan 33,4 milyon insan zərər çәkib,  634 min 748 nəfər çadır şəhərciklərində yaşayır.



Әlaqәli Xәbәrlәr