İsrail qüvvәlәrinin sәrt müdaxilәsi nәticәsindә dörd fәlәstinli dә yaralanıb

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində baş verən olaylar zamanı 4 fələstinlini yaralayıb.

1878188
İsrail qüvvәlәrinin sәrt müdaxilәsi nәticәsindә dörd fәlәstinli dә yaralanıb

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində baş verən olaylar zamanı 4 fələstinlini yaralayıb.

Ramallahın şimalındakı Sencel qəsəbəsində çalışan Lui Kerare adlı tibb işçisi  İsrail qüvvələrinin fələstinlilərə etdiyi sərt müdaxilə nəticəsində  3-ü həqiqi, biri də rezin güllə ilə olmaqla 4 fələstinlinin vurulduğunu bildirib.

Kerare təcili tibbi yardım dəstəsinin İsrail qüvvələrinin atdığı gözyaşardıcı qazdan zəhərlənən 25 fələstinliyə, həmçinin 4 yaralıya müdaxilə etdiyini bildirib.

Şahidlər İsrail qüvvələrinin Sencel bölgəsində etiraz aksiyası keçirən fələstinlilərə həqiqi və rezin güllə, həmçinin gözyaşardıcı qazla müdaxilə etdiyini bildirib.

Qeyd edək ki, fələstinlilər hər həftnin cümə günü qeyri-qanuni şəkildə inşa edilən yaşayış məntəqələrinə öz etirazını bildirmək üçün etiraz aksiyaları keçirir.

İsrail qüvvələri etiraz aksiyasında iştirak edən fələstinlilərə həqiqi və rezin güllə, həmçinin gözyaşardıcı qazla müdaxilə edir.



Әlaqәli Xәbәrlәr