Rusiya Avropa İttifaqına reaksiya varib

Rusiya Afrika ölkələrinin hələ də taxıl gözlədiyini bəyan edərək Avropa İttifaqına  reaksiya verib.

1877694
Rusiya Avropa İttifaqına reaksiya varib

Rusiya Afrika ölkələrinin hələ də taxıl gözlədiyini bəyan edərək Avropa İttifaqına  reaksiya verib.

Avropa İttifaqının  xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Avropa Parlamentinin konfransında Afrikanın aclıq təhlükəsi altında olduğu tezisinin reallıqla üst-üstə düşmədiyini  və qitədə  Avropa İttifaqının tətbiq etdiyi sanksiyalardan deyil, Rusiyanın atdığı addımlardan mənbələnən problemlər yaşandığını irəli sürmüşdü.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova təşkil etdiyi həftəlik mətbuat konfransında Borrelin sözlərinə reaksiya verib.

"Cənab Borrell  Afrika sizin təbliğat xarakterli sözlərinizi deyil, rus taxılını gözləyir" deyən Zaxarova taxıl ixracının Qərbin gördüyü  tədbirlər səbəbindən həyata keçirilə bilmədiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin Vladivostokda təşkil edilən Şərq İqtisadi Forumunda verdiyi açıqlamalarda Ukrayna taxılının böyük hissəsinin inkişaf etməkdə olan ölkələr əvəzinə  Aİ ölkələrinə getdiyini bildirib.

Vladimir Putin Prezident Rəcəb Tayyib Ərdoğanla Ukrayna taxılının göndəriləcəyi ölkələrin delimitasiyası məsələsini müzakirə edəcəklərini qeyd edib.



Әlaqәli Xәbәrlәr