Cənubi Koreya ailələr üçün Şimali Koreyaya görüş təklif edir

Cənubi Koreya Birləşmə Nazirliyinin məlumatına görə...

1877437
Cənubi Koreya ailələr üçün Şimali Koreyaya görüş təklif edir

 

  Cənubi Koreya 1950-1953-cü illər Koreya Müharibəsi səbəbilə bir-birindən ayrılan ailələrin bir araya gəlməsi üçün Şimali Koreyaya görüşməyi təklif edib.

  Cənubi Koreyanın birləşmə naziri Kvon Yön-se (Kwon Young-se) sözügedən mövzu ilə bağlı deyib: "Cənubi və Şimali Koreya reallığın acı tərəfi ilə üzləşməlidir. Biz parçalanmış ailələr problemini həll etməliyik. Əsas və sürətli tədbirlərin görülməsi üçün bütün vasitələrdən təcili istifadə olunmalıdır. Cənubi və Şimali Koreya başçılarının ən qısa zamanda səmimi görüş üçün bir araya gələcəyinə ümid edirik.”

  Qeyd edək ki, Cənubi Koreya Birləşmə Nazirliyinin məlumatına görə, ölkədə ailələri ilə görüşmək üçün təxminən 133 min 650 nəfər müraciət edib ki, artıq onların 70 faizi həyatını itirib. Əksəriyyəti 80-90 yaşlarında olan və sonuncu dəfə 2018-ci ildə görüşən müharibə qurbanlarının görüşü emosional anlar yaşadıb insanlara.

  Xatırladaq ki, müharibə səbəbindən bir-birindən ayrılmalı olan Şimali və Cənubi Koreya ailələri ilk dəfə 1985-ci ildə bir araya gəliblər.



Әlaqәli Xәbәrlәr