ABŞ-ın “F-35”inin bir maddəsinin Çindən gətirildiyi aşkar edilincə…

Təyyarənin əsas istehsalçısı olan “Lockheed Martin” firması açıqlamasında bildirib ki...

1877286
ABŞ-ın “F-35”inin bir maddəsinin Çindən gətirildiyi aşkar edilincə…

 

  ABŞ-ın “F-35” döyüş təyyarəsinin mühərrikində istifadə edilən maqnitlərdən birinin ərintisinin Çindən gətirildiyi aşkar edildikdən sonra tədarükləri dayandırılıb.

  Təyyarənin əsas istehsalçısı olan “Lockheed Martin” firması açıqlamasında bildirib ki, təyyarənin turbo mühərrik nasoslarından birində istifadə edilən maqnit ərintisi Çindən gətirilib. Materialın lazımi qanun və qaydalara uyğun olub-olmadığının təyin edilməsi müddətində təyyarənin alıcısı olan ABŞ ordusuna və sifarişçi ölkələrə çatdırılması dayandırılıb.

  Hazırda təslim edilən və istifadə olunan təyyarələrin bu prosesdən təsirlənmədiyi bildirilib.



Әlaqәli Xәbәrlәr