İsrail Suriyada nüvə reaktorunu vurduğunu açıqlayıb

İsrail ordusu 15 il əvvəl Suriyada tikintisi davam edən nüvə reaktorunu məhv etdiyini bəyan edib.

1876834
İsrail Suriyada nüvə reaktorunu vurduğunu açıqlayıb

İsrail ordusu 15 il əvvəl Suriyada tikintisi davam edən nüvə reaktorunu məhv etdiyini bəyan edib.

İsrailin Suriyaya aid olduğu bildirilən və tikintisi davam edən nüvə reaktoruna hücumu əməliyyatla bağlı kəşfiyyat sənədlərinin məxfilikdən çıxarılmasından sonra üzə çıxıb.

İsrail ordusundan verilən açıqlamada 15 il əvvəl Suriyaya qarşı həyata keçirilən hava əməliyyatı ilə bağlı kəşfiyyat sənədlərinin məxfiliyinə sentyabrın 6-da son qoyulduğu bildirilib.

"İsrail döyüş təyyarələri 2007-ci il sentyabrın 6-da Suriyanın Deyr əz-Zordakı nüvə reaktorunu məhv edib", - bəyanatda deyilir.

Hücumun İsrailin o vaxtkı ABŞ prezidenti Corc Buş administrasiyası ilə məsləhətləşmələrindən sonra həyata keçirildiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr