Burkina Fasoda terror aktı nəticəsində 35 mülki vətəndaş ölüb

Uaqaduqu administrasiyasının yaydığı məlumata görə, partlayış  Cibo və Burzanqa rayonları arasında baş verib.

1876311
Burkina Fasoda terror aktı nəticəsində 35 mülki vətəndaş ölüb

Burkina Fasoda törədilən terror aktı nəticəsində 35 mülki vətəndaş həyatını itirib.

Uaqaduqu administrasiyasının yaydığı məlumata görə, partlayış  Cibo və Burzanqa rayonları arasında baş verib.

Partlayış nəticəsində  35 nəfər həyatını itirib, 37 nəfər də yaralanıb.

Qeyd edək ki, Malidəki Əl-Qaidə və DEAŞ-a tabe olan terror qruplaşmaları  2015-ci ildən bəri Burkina Fasonun şimalında və şərqində hücumlar həyata keçirir.

Rəsmi məlumatlara görə, terror qruplaşmalarının indiyədək törətdiyi hücumlar nəticəsində 600-ü təhlükəsizlik xidməti əməkdaşı olmaqla 2000 nəfər həlak olub.



Әlaqәli Xәbәrlәr