“Qıtlıq qapıdadır”, M.Qriffits

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə köməkçisi və fövqəladə yardım koordinatoru Martin Qriffits Şərqi Afrika ölkəsi Somalidəki qida probleminə diqqət çəkərək deyib...

1875999
“Qıtlıq qapıdadır”, M.Qriffits

 

  2022-ci ilin sonuna qədər Somalinin bir sıra bölgələrində aclıq ola bilər.

  Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə köməkçisi və fövqəladə yardım koordinatoru Martin Qriffits Şərqi Afrika ölkəsi Somalidəki qida probleminə diqqət çəkərək deyib: “Bu ilin sonuna qədər Somalinin bəzi bölgələrində aclıq gözlənilir.

  Qida problemi və qıtlıq, xüsusilə ölkənin cənubundakı Körfəz bölgəsinə mənfi təsir edəcək.

  Qıtlıq qapıdadır.

  Fevralın 24-dən Ukrayna-Rusiya müharibəsinin başlaması ərzaq problemi və qıtlığı daha da artırıb”.

  Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Şöbəsinin (FAO) məlumatına görə, Somalinin 80 faizi şiddətli quraqlıqla mübarizə aparır.

  Somali hökuməti artan quraqlıq səbəbindən 2021-ci il noyabrın 23-də ölkə daxilində fövqəladə vəziyyət elan edib.

  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Somalidəki humanitar böhranla bağlı beynəlxalq ictimaiyyəti təcili yardıma çağırıb.



Әlaqәli Xәbәrlәr