Dənizə düşən şəxsi təyyarədə olanların kimliyi müəyyənləşdi

Kölndə çıxan “Express” qəzetində yazılana görə...

1876098
Dənizə düşən şəxsi təyyarədə olanların kimliyi müəyyənləşdi

 

  İspaniyanın Xeres de la Frontera (Jerez de la Frontera) hava limanından qalxan və Almaniyanın Köln hava limanına gedərkən Baltik dənizinə düşən şəxsi təyyarədə olanların kimliyi müəyyənləşdi.

  Kölndə çıxan “Express” qəzetində yazılana görə, 4 sentyabr axşamı qəzaya uğrayan və dağıntıları axtarılmağa davam edən təyyarəni Kölndən olan 72 yaşlı iş adamı Peter Qrizemann (Griesemann) idarə edib. Onun həyat yoldaşı Yuliana (Juliane), qızı Lisa və qızının sevgilisi də təyyarədə olub.

  “Cessna 551” tipli şəxsi təyyarəsi olan, Kölnün tanınmış simalarından sayılan Griesemann eyni zamanda, Köln karnavalındakı “Blue Sparks” qrupunun fəxri prezidenti idi.

  Qəzalı vəziyyətdə olan təyyarə havaya qalxdıqdan az sonra onunla əlaqə kəsilib. Sürətlə hündürlüyünü itirən təyyarə Latviyanın Ventspolis şəhəri yaxınlığında Baltik dənizinə düşüb.

  Xilasetmə qrupları Baltik dənizində 6 kvadrat kilometrlik əraziyə düşən təyyarənin qalıqlarını əldə etməyə çalışır.



Әlaqәli Xәbәrlәr