Misir və ABŞ Aralıq dənizində birgə hərbi təlim keçirdi

Misir Ordusunun sözçüsü Qərib Əbdülhafiz tərəfindən edilən yazılı məlumatda bildirilib...

1875462
Misir və ABŞ Aralıq dənizində birgə hərbi təlim keçirdi

 

  Misir və Amerika Birləşmiş Ştatları Aralıq dənizində birgə hərbi təlim keçirib.

  Misir Ordusunun sözçüsü Qərib Əbdülhafiz tərəfindən edilən yazılı məlumatda bildirilib: “Misir və ABŞ Dəniz Qüvvələri Şimal Donanmasının yerləşdiyi bölgədə həyata keçirilən təlim beynəlxalq dəniz keçidlərində təhdidlərə, dünya ticarəti və beynəlxalq naviqasiya təhlükəsizliyinə qarşı təşkil edilib.

  Misir ordusuna məxsus “Camal Abdunnasır” helikopter gəmisi ilə yanaşı, ABŞ ordusuna məxsus “USS Delbert D. Black” model esminesi də təlimə qatılıb.

  Manevrlər vasitəsilə hərbi qüvvələrin birgə fəaliyyət imkanları həyata keçirilib”.

  ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, “USS Delbert D. Black” esmines gəmisi avqustun 30-da Süveyş kanalından keçərək V Donanmaya qoşulub.



Әlaqәli Xәbәrlәr