Rafael Mariano Qrossi: ''AEBA öz nümayəndələrini Zaporojye AES-də saxlayacaq''

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Baş direktoru Rafael Mariano Qrossi deyib ki, agentliyin Ukraynadakı Zaporojya Atom Elektrik Stansiyasında olması ilə  olmaması arasındakı fərq gecə ilə gündüz kimidir.

1875357
Rafael Mariano Qrossi: ''AEBA öz nümayəndələrini Zaporojye AES-də saxlayacaq''

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Baş direktoru Rafael Mariano Qrossi deyib ki, agentliyin Ukraynadakı Zaporojya Atom Elektrik Stansiyasında olması ilə  olmaması arasındakı fərq gecə ilə gündüz kimidir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin prezidenti Qrossi Ukraynadan qayıdarkən Vyanadakı Şveçat hava limanında verdiyi açıqlamada 14 nəfərlik heyətlə Zaporojyaya getdiklərini və komandadan 6 mütəxəssisin orada  qaldığını, bu insanların təşkilatın başlatdığı işləri davam etdirəcəklərini bildirib. O, AEBA-nın buradakı mövcudluğunun daimi olduğunu və ehtiyac olduğu müddətcə orada qalacaqlarını bildirir.

Zaporojya AES-nin fiziki bütövlüyünə toxunan Qrossi bunun ən narahatedici məsələ olduğunu, AES-in daxilində və ətrafında baş verən münaqişələr səbəbindən fiziki bütövlüyün ciddi təhlükə altında olduğunu bildirib.

Qrossi AES-in  təhlükəsizlik sistemindəki bəzi nasazlıqlara baxmayaraq yaxşı işlədiyini ancaq oradakı işçilərin vəziyyətinə görə narahat oluğunu bildirib.

Atom elektrik stansiyasının Rusiya qüvvələrinin nəzarəti altında olduğu ancaq ukraynalılar tərəfindən idarə edildiyi və AES-də rusiyalı mütəxəssislərin də olduğu ifadə edən Qrossi mütəxəssislərin peşəkarcasına işlədiyini, lakin atmosferin çox kövrək olduğunu qeyd edib.

Onları narahat edən başqa bir məsələnin də atom elektrik stansiyasının enerji təchizatı olduğunu qeyd edən Qrossi belə böyük bir stansiyada enerji təchizatında yarana biləcək problemin ciddi fəsadlara səbəb ola biləcəyini deyib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin iki mütəxəssisinin  hər şey normallaşana qədər burada qalacağını ifadə edən Qrossi deyib:
"AES haqqında çox şey bilirdik, amma əsas işimiz  buradakı ziyyətlə tanış olmaqdır. Agentliyin orada olması ilə olmaması arasındakı fərq gecə ilə gündüz kimidir".



Әlaqәli Xәbәrlәr