Kolumbiyada silahlı hücum nәticәsindә 8 nәfәr öldü

Bu barәdә El Tiempo qәzetinin yaydığı mәlumatda bildirilib.

1875294
Kolumbiyada silahlı hücum nәticәsindә 8 nәfәr öldü

 

Kolumbiyanın Uila departamentində naməlum şəxslər tәrәfindәn bombalı vә silahlı hücum törәdilib.

Bu barәdә El Tiempo qәzetinin yaydığı mәlumatda bildirilib. Mәlumata әsasә, partlayış nəticəsində 8 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Hücumla bağlı rәsmi internet sәhifәsindә paylaşım edәn Kolumbiya Prezidenti Qustavo Petro deyib: “Uila ştatının San Luis şəhərində səkkiz polisin ölümünə səbəb olan bombalı hücumu şiddətlə qınayıram. Onların ailələri ilə həmrəyəm”. Kolumbiya Prezidenti insidenti Kolumbiyada sülhün bərqərar edilməsi işinin “açıq-aşkar təxribatı” adlandırıb.O, faktla bağlı araşdırmanın aparılması ilә bağlı sәlahiyyәtlilәrә göstәriş verdiyini ifadә edib.

 

 



Әlaqәli Xәbәrlәr