Cosef Borrell nüvә razılaşması ilә bağlı bәyanat yayıb

Avropa İttifaqının xarici әlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosef Borrell Amerika Birlәşmiş Ştatlarının İrana göndərdiyi nüvə razılaşması mətninə hər iki ölkənin müsbәt yanaşdığını açıqlayıb.

1874507

Cosef  Borrell dünәn Çexiyanın paytaxtı Praqada keçirilən Avropa İttifaqına üzv dövlәtlәrin xarici işlәr nazirlәrinin iclasından sonra ABŞ ilә İran arasında aparılan nüvә danışıqları ilә bağlı bәyanatlar verib.

Cosef  Borrell Amerika Birlәşmiş Ştatlarının  nüvə razılaşmasına qayıtmaq üçün İrana təqdim etdiyi mətnә hәr iki ölkәdәn müsbәt cavab aldıqlarını ifadә edib.

"Ümid edirəm ki, yaxın günlərdə  müqaviləni tamamlaya bilərik",-deyә Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi qeyd edib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən verdiyi açıqlamada nüvə razılaşmasına qayıtmaq üçün ABŞ-ın təqdim etdiyi mətni araşdırmağa davam etdiklәrini bildirib.

Әlaqәli Xәbәrlәr