Rusiya qaz nəqlini üç gün müddətinə dayandırıb

Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” qaz kəməri ilə qaz nəqlini üç gün müddətinə dayandıracağını açıqlayıb.

1873928
Rusiya qaz nəqlini üç gün müddətinə dayandırıb

Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” qaz kəməri ilə qaz nəqlini üç gün müddətinə dayandıracağını açıqlayıb.
Rusiya təbii qazını Almaniyaya daşıyan “Şimal axını” boru kəməri ilə daşımalar bu gündən etibarən üç gün müddətinə dayandırılıb.
"Şimal axını"nın icraçı şirkəti olan "Nord Stream AG"-nin verdiyi məlumatlara görə, 31 avqust - 2 sentyabr tarixləri arasında boru kəməri ilə təbii qazın daşınması planlaşdırılmır.

Xatırladaq ki, “Qazprom”un avqustun 19-da verdiyi açıqlamada “Şimal axını” xəttində fəaliyyət göstərən tək kompressor qurğusunda aparılan təmir işləri ilə əlaqədar avqustun 31-dən etibarən təbii qaz axınının üç gün müddətinə dayandırılacağı bildirilib.

Kremlin sözçüsü Dmitriy Peskov ölkəsinə qarşı sanksiyalara görə təbii qaz nəqlinin dayandığını, avropalı siyasətçilərin atdığı addımlar səbəbindən vətəndaşların külli miqdarda pul ödəməli olduğunu bildirib.

"Qazprom" şirkəti sanksiyalar səbəbindən boru kəmərində istifadə edilən müxtəlif hissələrin təmir işlərinin mümkün ola bilməyəcəyini əsas gətirərək, boru kəməri ilə göndərilən təbii qazın miqdarını təxminən 80 faiz ixtisar etmişdi.

Digər tərəfdən, “Qazprom” Fransanın ödəniş etməməsi səbəbindən sabahdan etibarən Fransaya qaz tədarükünü dayandıracağını açıqlayıb.

Açıqlamada “Rusiya Federasiyası Prezidentinin 31 mart 2022-ci il tarixli və 172 nömrəli “Xarici alıcıların Rusiya təbii qaz tədarükçüləri qarşısında öhdəliklərinin yerinə yetirilməsinin xüsusi qaydası haqqında” fərmanına əsasən, alıcı müqavilədə yer alan ödəniş müddəti ərzində ödəməyi tam qəbul etməyibdirsə xarici alıcıya daha çox təbii qaz tədarükü qadağandır" ifadələri yer alıb.

Fransanın təbii qaz tədarükçüsü "Engie Group"un vitse-prezidenti Kleyir Vaysand avqustun 29-da sosial mediada açıqlama verib. O qeyd edib ki, enerji böhranı başlayandan şirkət qaz təchizatı mənbələrini diversifikasiya etməklə Rusiya qazından asılılığını xeyli azaldıb.

O vurğulayıb ki, Fransada qaz ehtiyatları 90 faizdən çoxdur.



Әlaqәli Xәbәrlәr