Nigeriyada daşqınlar nәticәsindә hәyatını itirәnlәrin sayı 115 nәfәrә çatıb

Nigeriyada bu il yağan leysan yağışların sәbәb olduğu daşqınlar nәticәsindә 115 nәfәr hәyatını itirib.

1874038
Nigeriyada daşqınlar nәticәsindә hәyatını itirәnlәrin sayı 115 nәfәrә çatıb

Nigeriyada bu il yağan leysan yağışların sәbәb olduğu daşqınlar nәticәsindә 115 nәfәr hәyatını itirib.

Nigeriya Prezident Aparatının sözçüsü Qarba Şehu verdiyi açıqlamada ölkә miqyasında leysan yağışların sәbәb olduğu daşqınlar nәticәsindә 115 nәfәrin öldüyünü, 227 nәfәrin dә yaralandığını bildirib.

O, daşqınlar nәticәsindә 37 min 633 evә ziyan dәydiyini, 73 min 379 adamın da evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığını deyib.

Qabra Şehu dövlәt başçısı Mәhәmmәd Buharinin tәbii fәlakәtdәn ziyan çәkmiş insanlara tәcili yardım edilәcәyini söylәdiyini bildirib.

İqlim dəyişikliyi və ətraf mühit üzrə ekspertlər ölkədə 53 milyon insanın daşqın təhlükəsi ilə üz-üzә olduğu barədə xəbərdarlıq ediblər.

Avropa İttifaqı  Nigeriyanın 5 əyalətində daşqınların törәtdiyi fәsadları aradan qaldırmaq üçün 70 min avro vәsait ayırıb.



Әlaqәli Xәbәrlәr