Üç illik fasilədən sonra Venesuela və Kolumbiya münasibətləri bərqərar oldu

Beləliklə, iki ölkə arasında 2019-cu ilin fevralında pozulan diplomatik əlaqələr Kolumbiyanın yeni prezidenti Qustavo Petro və Venesuelanın dövlət başçısı Nikolas Maduronun qarşılıqlı səfir təyinatları ilə yenidən qurulub

1873409
Üç illik fasilədən sonra Venesuela və Kolumbiya münasibətləri bərqərar oldu

 

  Venesuela və Kolumbiya 3 ildən sonra diplomatik münasibətləri bərpa edib.

  Keçmiş xarici işlər naziri və Venesuelanın Kolumbiya üzrə səfiri Feliks Plasensiya (Felix Plasencia) Boqota və Kolumbiyanın Venesueladakı səfiri Armando Benedetti paytaxt Karakasa gəliblər.

  Beləliklə, iki ölkə arasında 2019-cu ilin fevralında pozulan diplomatik əlaqələr Kolumbiyanın yeni prezidenti Qustavo Petro və Venesuelanın dövlət başçısı Nikolas Maduronun qarşılıqlı səfir təyinatları ilə yenidən qurulub.

  Çox yaxın mədəniyyətə və ortaq tarixə malik olan Venesuela ilə Kolumbiya arasındakı əlaqələr 2019-cu ildə Kolumbiyanın Maduro hökumətinə qarşı ABŞ-ın tərəfdarı olduğu Xuan Quaydonun dəstəyilə zəifləmiş və Maduro həmin ilin fevralında ölkəsinə qarşı hücumlarda ittiham etdiyi Kolumbiya ilə diplomatik əlaqələri kəsdiyini elan edib. O zaman ABŞ hökuməti ilə yaxın əlaqələri olan sağçı prezident İvan Dukenin başçılıq etdiyi Kolumbiya 2019-cu ilin aprelində Maduro hökumətinə qarşı hərbi çevrilişə cəhd edən və Venesuelada özünü qanuni dövlət başçısı elan etmiş Quaydonu tanıdı və Kolumbiyada ona diplomatik nümayəndəlik verdi.

 

 

 



Әlaqәli Xәbәrlәr