Fəthi Başağanın ölkədən çıxışına qadağa qoyulması istənib
Liviya Müdafiə Nazirliyi Hərbi Prokurorluğu Tobruk Nümayəndələr Palatası tərəfindən baş nazir vəzifəsinə təyin edilən Fəthi Başağanın ölkədən çıxışına qadağa qoyulmasını istəyib.
Liviya Müdafiə Nazirliyi Hərbi Prokurorluğu Tobruk Nümayəndələr Palatası tərəfindən baş nazir vəzifəsinə təyin edilən Fəthi Başağanın ölkədən çıxışına qadağa qoyulmasını istəyib.
Liviyada yerləşən "February" televiziya kanalının xəbərinə görə, Liviya Müdafiə Nazirliyinin Hərbi prokuroru general-mayor Məsud Rahuma Vətəndaşlıq və Xarici Əlaqələr Departamentinə yazılı müraciət edib.
Buna görə, Tobruk Nümayəndələr Palatası tərəfindən baş nazir vəzifəsinə təyin edilən Başağa və Baş nazir Əbdülhəmid Dibeybenin 17 mayda vəzifədən çıxardığı Hərbi Kəşfiyyat İdarəsinin rəisi Usamə Cuveyli, Başağa hökumətinin təhsil naziri Məhəmməd Əbdülcelil və Demokratiya Partiyasının sədri Məhəmməd Savvanın ölkədən çıxışına qadağa qoyulub.
Tələb məktubunda Başağa və Cuveylinin paytaxt Tripoliyə hücumlara görə istintaq altında olduğu bildirilib.
Qeyd edilib ki, Tripoli bölgəsi Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe və mərkəzi Tobrukda olan Nümayəndələr Palatasının təyin etdiyi Fəthi Başağa sadiq qüvvələrin hərbi yığınağına səhnə olurdu.
Avqustun 27-də səhər radələrində Bin Qaşir və Sarim bölgələrində Fəthi Başağaya yaxınlığı ilə tanınmış Liviya Baş Qərargahına bağlı "777 Briqadası" ilə Prezident Şurasına bağlı "Sabitliyə Dəstək Birliyi" arasında başlayan qarşıdurmalar şəhərin mərkəzi bölgələrinə yayılıb.
Qarşıdurmalarda ölənlərin sayının 32-yə, yaralıların sayının isə 159-a yüksəldiyi bildirilib.