Fransa prezidenti Әlcәzairdә etirazla qarşılandı

Fransa prezidenti Emmanuel Makron Əlcəzairdə xalqla görüşәrkәn etirazla qarşılanıb vә təhqirə mәruz qalıb.

1873100
Fransa prezidenti Әlcәzairdә etirazla qarşılandı

Fransa prezidenti Emmanuel Makron Əlcəzairdə xalqla görüşәrkәn etirazla qarşılanıb vә təhqirə mәruz qalıb.

Fransa KİV-lәrinin yaydığı mәlumata görә, Emmanuel Makron gənclərlə görüşmәk üçün  Əlcəzairin Oran şəhərindəki mağazaların birinә baş çәkib vә orada  tәşkil edilәn şәnliyә qatılıb. Mәlumata görә, Emmanuel Makron mağazanın qarşısında toplanan әlcәzairlilәrin etirazı ilә üzlәşib. Etirazçılar  "Yaşasın Əlcəzair", "Bir, iki, üç, yaşasın Əlcəzair", ‘‘Әlcәzairdәn get’’ kimi şüarlar sәslәndiriblәr.

Fransa mətbuatının mәlumatına  görə, Emmanuel Makron səfərini yarımçıq qoyaraq  şəhəri tərk edib.

Xatırladaq ki, Makron Əlcəzair və Fransa arasında uzun sürən diplomatik böhrandan sonra bu ölkəyə səfəri zamanı müstəmləkə dövrü arxivləri üzərində işləmək üçün birgə komitə yaratmağı qərara aldıqlarını və bu komitənin tərkibinə iki ölkənin tarixçilərinin də daxil olacağı barədə məlumat verib.

Əlcəzair və Fransa 4 fövqəladə tarixi dosye, əsasən də Fransa hakimiyyətinin illərdir verməkdən imtina etdiyi Əlcəzair arxivi və Parisdəki İnsan Muzeyində bir sıra xalq inqilabı liderlərinin kəllə sümüklərinin qaytarılması ilə bağlı danışıqlar aparır.

 



Әlaqәli Xәbәrlәr