NATO-nun qərargah rəisləri bu dəfə Estoniyada bir araya gəlir

NATO Hərbi Komandanlığının rəhbəri admiral Rob Bauerin sədrliyi ilə keçiriləcək görüşlərdə NATO-nun İraq Missiyasının və Kosovo Qüvvələrinin (KFOR) fəaliyyətləri müzakirə olunacaq

1872938
NATO-nun qərargah rəisləri bu dəfə Estoniyada bir araya gəlir

 

  NATO ölkələrinin qərargah rəisləri sentyabrın 16-18 tarixlərində Estoniyanın paytaxtı Tallində bir araya gələcək.

  NATO-dan verilən məlumata görə, NATO Hərbi Komitəsinin iclasları çərçivəsində görüşlər keçirəcək, qərargah rəisləri iyun ayında Madrid Sammitində müdafiə və çəkindirmə ilə bağlı qəbul edilən qərarların icrasını müzakirə edəcəklər.

  NATO Hərbi Komandanlığının rəhbəri admiral Rob Bauerin sədrliyi ilə keçiriləcək görüşlərdə NATO-nun İraq Missiyasının və Kosovo Qüvvələrinin (KFOR) fəaliyyətləri müzakirə olunacaq.

  NATO-ya üzvlük üçün müraciət etmiş İsveç və Finlandiyanın baş qərargah rəisləri də ilk dəfə qonaq qismində iclasda iştirak edəcəklər.

  Xatırladaq ki, NATO Hərbi Komitəsinin iclasları ildə 2 dəfə Belçikanın paytaxtı Brüsseldəki qərargahında, digər vaxtlarda isə müttəfiq ölkənin ev sahibliyi ilə keçirilir.

 



Әlaqәli Xәbәrlәr