Emmanuel Makron Əlcəzairdə səfərdədir

Ə.Tebbun və E.Makron təxminən bir il davam edən gərginlikdən sonra ehtiram və dövlət mənafeləri balansı işığında ikitərəfli münasibətlərdə yeni səhifə açmaq barədə razılığa gəliblər.

1872536
Emmanuel Makron Əlcəzairdə səfərdədir

Əlcəzair Prezidenti Əbdülmecit Tebbun və fransalı həmkarı Emmanuel Makron təxminən bir il davam edən gərginlikdən sonra ehtiram və dövlət mənafeləri balansı işığında ikitərəfli münasibətlərdə yeni səhifə açmaq barədə razılığa gəliblər.

Prezident Tebbun rəsmi görüşlər keçirmək məqsədilə paytaxt Əlcəzairə gedən prezident Makronla Muradiyə sarayında görüşdükdən sonra birgə mətbuat konfransı keçirib.

Tebbun çıxışında Makronla ikitərəfli əməkdaşlığa dair bir çox məqamları müzakirə etdiklərini, iki ölkə arasında hörmət və maraqlar balansı fonunda əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə etdiklərini bildirib.

Makron vurğulayıb ki, səfərinin əsas məqsədlərindən biri diqqəti ikitərəfli münasibətlərin gələcəyinə yönəltməkdir.

Hər iki tərəfin ikitərəfli münasibətlərdə yeni səhifə açmaq barədə razılığa gəldiyini bildirən Makron deyib:

"Bizim mürəkkəb və ağrılı ortaq tariximiz var. Bu, gələcəyə baxmağımıza mane oldu. Biz (iki ölkədən) ortaq tarixçilərlə birgə müstəmləkə arxivləri üzərində işləmək üçün birgə komitə yaratmağa qərar verdik". 

Keçmişdən qurtulmağın qeyri-mümkün olduğunu, çünki söhbət onların həyatlarından, həm də onların tarixindən gedir deyə, Fransa Prezidenti qeyd edib.

Makron onu da deyib ki, ancaq özümüz və gənclərimiz üçün gələcəyə baxmaq da bizim borcumuzdur.
Qeyd edək ki, Əlcəzair və Fransa 4 tarixi mövzu, xüsusilə Fransa hakimiyyətinin illərdir verməkdən imtina etdiyi Əlcəzair arxivi və Parisdəki İnsan Muzeyində xalq inqilabı liderlərinin aqibətinin nə olduğu ilə bağlı danışıqlar aparır.



Әlaqәli Xәbәrlәr