Nigeriyada vәba epidemiyasından 91 nәfәr ölüb

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) mәlumatına әsasәn,  4-31 iyul tarixləri arasında ölkәdә epidemiyadan daha 25 nәfәr ölüb.

1871527
Nigeriyada vәba epidemiyasından 91 nәfәr ölüb

Nigeriyada vəba epidemiyasından ölənlərin sayı 91 nəfərə çatıb.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) mәlumatına әsasәn,  4-31 iyul tarixləri arasında ölkәdә epidemiyadan daha 25 nәfәr ölüb.

Beləliklə, ölkәdә  yanvar ayından etibarәn vəba epidemiyasından həyatını itirənlərin ümumi sayı 91 nәfәrә çatıb.

Mәlumatda bu dövrdə epidemiyanın paytaxt Abuca ilə yanaşı 31 əyalətə yayıldığı və bu bölgələrdə 3 610 nәfәrin vәba epidemiyasına yoluxduğu bildirilib.

Qeyd edək ki, Nigeriyada təmiz su ehtiyacının təmin edilə bilməməsi və tibbi müdaxilənin qənaətbəxş olmaması epidemiya və ölüm riskini artırır. Ölkədə malyariya, poliomielit, qızdırma, meymun çiçəyi virusu kimi epidemik xəstəliklər yayğındır.



Әlaqәli Xәbәrlәr