Nigeriyada dörd rahibə qaçırıldı

İmo İsa Katolik Kilsəsi Bacılarının baş katibi Zita İhedoro bildirib ki...

1870898
Nigeriyada dörd rahibə qaçırıldı

 

  Nigeriyanın İmo əyalətində silahlı adamlar 4 rahibə qaçırılıb.

  İmo İsa Katolik Kilsəsi Bacılarının baş katibi Zita İhedoro bildirib ki, Rivers əyalətinə gedən rahibələr geri qayıdarkən naməlum silahlıların hücumuna məruz qalıb və qaçırılıblar. Biz rahibələrin tez və təhlükəsiz şəkildə azadlığa buraxılması üçün dua edirik."

  Nigeriyada adam oğurluğu ölüm cəzası ilə cəzalandırılsa da, fidyə üçün belə hallara tez-tez rast gəlinir.

  Ölkədə artan təhlükəsizlik problemlərinə qarşı mübarizə çərçivəsində fidyə ödənilməsi qadağan edilib.



Әlaqәli Xәbәrlәr