İngiltərə son 50 ilin ən böyük tətilinə hazırlaşır

Böyük Britaniyada illik inflyasiya 1982-ci ilin fevralından bəri ilk dəfə ikirəqəmli faizə (10,1) yüksəlib

1870380
İngiltərə son 50 ilin ən böyük tətilinə hazırlaşır

 

  İngiltərədə dövlət işçilərinin bağlı olduğu həmkarlar ittifaqları müxtəlif sektorlarda son 50 ilin ən böyük tətilinə hazırlaşır.

  Böyük Britaniyada illik inflyasiya 1982-ci ilin fevralından bəri ilk dəfə ikirəqəmli faizə (10,1) yüksəlib.

  Müxtəlif sektorlardan olan dövlət işçilərinin 1970-ci illərdən bəri ən böyük tətilə hazırlaşdıqları açıqlanıb.

  Əmək haqqının artırılması ilə bağlı danışıqlar həll olunmazsa, xəstəxanalarda, yanğınsöndürmə məntəqələrində, məktəblərdə və nəqliyyat şəbəkəsində ixtisarlar gözlənilir. Dəmiryol işçiləri, zibil yığanlar, “Royal Post” və Milli Səhiyyə Xidmətinin (NHS) işçiləri tətilə və ya işlərini tərk etməyə səs verənlər arasındadır.

  Yanğınsöndürmə məntəqəsi işçilərinin maaşının 2 faiz artırılması təklifi həmkarlar ittifaqları tərəfindən də etirazla qarşılanıb. Tibb işçiləri həmkarlar ittifaqları isə maaş artımı təklifinin 4 faiz olduğunu bildirib.

  Mühafizəkarlar Partiyası hökuməti dövlət sektorunda maaş artımının mal və xidmətlərdə qiymət artımına səbəb olacağı fikrini müdafiə edir. Ancaq artan yaşayış dəyərinin öhdəsindən gəlmək üçün təklif edilən 15 milyard funt sterlinqlik dəstək paketinin həyata keçirilməməsi tənqidlərə səbəb olub.

 



Әlaqәli Xәbәrlәr