Kolumbiyada aramsız yağışlar torpaq sürüşmәlәrinә sәbәb olub

Kolumbiyada yağan aramsız yağışlar ölkәnin müxtәlif bölgәlәrindә fәsadlara sәbәb olub.

1869990
Kolumbiyada aramsız yağışlar torpaq sürüşmәlәrinә sәbәb olub

Kolumbiyada yağan aramsız yağışlar ölkәnin müxtәlif bölgәlәrindә fәsadlara sәbәb olub.

Leysan yağışları sәbәbindәn ölkәnin Bolivar, Maqdalena, Kauka vә Antioquia bölgәlәrindә torpaq sürüşmәlәri baş verib.

Bu barәdә Regional Risk Ofisinin müdiri Xose Rikaurte jurnalistlәrә verdiyi açıqlamada bildirib. O, bәzi bölgәlәrdә fövqәladә vәziyyәt rejimi elan etdiklәrini qeyd edib.

Torpaq sürüşməsi və daşqınlardan zərər çəkən 30 mindən çox ailəyə kömək etmək üçün hərəkətə keçdiklərini bildirən Rikaurte San Jacinto del Cauca, Magangue, Mopoks, Cicuco, Talaiqua, Calamar, El Guamo, San Juan Nepomuceno şəhərlərində yardım fәaliyyәtlәrinin hәyata keçirildiyini bildirib.

Səlahiyyətlilər bəzi çayların daşa bilәcәyini bildirib vә ətrafda yaşayan insanlara diqqәtli olmaları ilә әlaqәdar xәbәrdarlıq edib.

Kolumbiyada hər il leysan yağışları nəticəsində çox sayda insan daşqınlar və torpaq sürüşməsi nəticəsində həyatını itirir.



Әlaqәli Xәbәrlәr