Kamar Cavid Bajva vә Maykl Erik Kurilla arasında görüş olub

Pakistanlı və amerikalı generallar iki ölkə arasındakı hərbi əlaqələri müzakirə ediblər.

1869815
Kamar Cavid Bajva vә Maykl Erik Kurilla arasında görüş olub

 

Pakistanlı və amerikalı generallar iki ölkə arasındakı hərbi əlaqələri müzakirə ediblər.

Pakistan Ordusundan verilən bәyanata görə, Quru Qoşunları komandanı general Kamar Cavid Bajva Ravalpindidə ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Erik Kurilla ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər, regional təhlükəsizlik, sabitlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdә hәmçinin  Pakistan ordusunun terrorizmlə mübarizə səyləri və ordunun regional sülh və sabitliyə verdiyi töhfələr ilә Pakistanla  ABŞ arasında hərbi təlim mübadiləsi proqramı da müzakirə edilib.

General Kurilla söhbәt zamanı Pakistanın terrorla mübarizəsini, regional sülh və sabitlik üçün göstərdiyi səyləri alqışlayıb.

 



Әlaqәli Xәbәrlәr