Rusiya Xarkovu bombaladı, ölәn vә yaralananlar var

Rusiya qüvvәlәrinin Ukraynanın Xarkov şәhәrinә tәşkil etdiyi hücum nәticәsindә 7 nәfәr ölüb, 17 nәfәr dә yaralanıb.

1869432
Rusiya Xarkovu bombaladı, ölәn vә yaralananlar var

Rusiya qüvvәlәrinin Ukraynanın Xarkov şәhәrinә tәşkil etdiyi hücum nәticәsindә 7 nәfәr ölüb, 17 nәfәr dә yaralanıb.

Xarkov meri İqor Terehov bildirib ki, Rusiya hərbçiləri gecə radәlәrindә Xarkovda üçmərtəbəli binaya raket zərbəsi endiriblər.

Terehov qeyd edib ki, hücum nəticəsində 7 nəfər ölüb, 17 nəfər yaralanıb. Bütün yaralılara lazımi tibbi yardım göstərildiyini deyən Terehov evsizlərin sığınacaqla təmin olunduğunu bildirib.

"Ukrayna və Xarkovu nə qədər bombalasalar da, biz  Rusiyanı mәğlub edәcәyik’’,-deyә Xarkov meri İqor Terehov vurğulayıb.

Qeyd edәk ki, Rusiya qoşunları fevralın 24-də Ukrayna әrazisindә xüsusi hәrbi әmәliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr