Çində daşqın baş verib, onlarla ölü

Çinin Çinxay əyalətində güclü yağışların səbəb olduğu seldə onlarla adam həyatını itirib, çox sayda insan itkin düşüb.

1869497
Çində daşqın baş verib, onlarla ölü

TRT-nin yerli təbii fəlakət administrasiyasının açıqlamasına əsaslandırdığı xəbərə görə əyalətin paytaxtı Şininq şəhərinin Datonq Hui və Tu muxtar rayonlarında səhər saatlarında daşqınlar baş verib.

Dağlıq ərazidə yerləşən rayonda baş verən daşqın nəticəsində indiyədək 16 nəfər ölüb, 36 nəfər itkin düşüb.

Qinxay Yanğın və Xilasetmə İdarəsi axtarış-xilasetmə əməliyyatları üçün bölgəyə təxminən 600 nəfərdən ibarət bir qrupun cəlb olunduğunu bildirib.


Etiketlәr: #Çində daşqın

Әlaqәli Xәbәrlәr