Latviya: “Türkiyenin müdafiə  sənayesi ilə maraqlanırıq”

Latviya xarici işlər naziri Edqars Rinkeviçs ölkəsində Türkiyenin müdafiə  sənayesi sektoruna maraqın  hər  keçən gün  artdığını  bildirib.

1869059
Latviya: “Türkiyenin müdafiə  sənayesi ilə maraqlanırıq”

Edqars Rinkeviç Türkiye mətbuatına  açıqlamasında Türkiyenin  müdafiə  sənayesi sektoruna dair münasibit bildirib. 

Ölkəsinin Türkiye müdafiə sənayesi ilə əməkdaşlığa maraq göstərdiyini  ifadə  edən  nazir  Rinkeviç: “Müdafiə nazirliyimiz  Türkiyedən  “Dron”  satın  almağın   imkanlarını   axtarır. Müdafiə nazirimiz Artis Pabriks   də Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatlarının (SİHA) sınaqdan keçirilməsini   yaxından  izləyir.  İki  ölkənin   müdafiə sənayesi arasında  əməkdaşlıq   yaratmaq  üçün  lazımlı  addımlar atır.”

 



Әlaqәli Xәbәrlәr