İqor Konaşenkov: ‘‘Ukraynaya mәxsus 4 334 tank vә zirәhli texnika mәhv edilib’’

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, müharibə başlayandan bəri Ukrayna ordusuna məxsus 4 334 tank və zirehli texnika məhv edilib.

1869112

İqor Konoshenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.

Rusiya ordusunun Ukraynadakı hərbi obyektlәrә hücum etmәyә davam etdiyini bildirən İqor Konaşenkov Ukrayna ordusunun ağır itkilәr verdiyini iddia edib.

Xerson bölgəsində 40 Ukrayna əsgəri və 10 xüsusi maşının məhv edildiyini ifadə edən İqor Konaşenkov Donetsk bölgəsində silah-sursat anbarına yüksək dəqiqlikli silahla edilən hücum nәticәsindә  3 mindən çox topun məhv edildiyini, 30 əsgərin isə həlak olduğunu irәli sürüb.

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi sutka әrzindә Ukraynaya mәxsus  9 qərargah, 9 silah-sursat anbarı və 4 pilotsuz uçuş aparatının vurulduğunu qeyd edib.

‘‘Bu günə qədər Ukraynaya mәxsus  267 təyyarə, 148 helikopter, 1 747 pilotsuz uçuş aparatı, 365 hava hücumundan müdafiə raket sistemi, 4 334 tank və zirehli texnika, 799 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3 310 haubitsa və minaatan ilә  4 922 xüsusi təyinatlı texnika mәhv edilib’’,-deyә İqor Konaşenkov vurğulayıb.

Әlaqәli Xәbәrlәr